YAP Şərur Rayon Təşkilatının növbəti Şura iclası keçirilib

244

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti Şura iclası keçirilib. İclasda 2018-ci ilin doqquz ayında görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

YAP Şərur  Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev qeyd edib ki, doqquz ay ərzində təşkilatın xətti ilə bir sıra tədbirlər həyata keçirilib. Şərur rayonunda hərtərəfli sosial iqtisadi inkişafın təmin olunması, quruculuq tədbirlərinin geniş miqyas alması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində həmişə olduğu kimi, cari ildə də hər bir YAP üzvü fəallıq nümayiş etdirib. Doqquz ay ərzində YAP Şərur Rayon Təşkilatı 3 Şura, 10 İdarə heyəti İclası keçirib. Rayon təşkilatının, Qadınlar Şurasının Gənclər Birliyinin xətti ilə tarixi və  əlamətdar günlər, bayramlar münasibəti ilə dəyirmi masalar, elmi praktik konfranslar, idman yarışları tarixi və mədəni yerlərə ekskursiyalar təşkil olunub.

Bildirilib ki, hazırda təşkilatın əhatə etdiyi 87 ərazi təşkilatın tərkibində 10 min 502 nəfər partiya üzvü birləşib. Qeyd olunub ki, bundan sonra da gənclərlə iş diqqət mərkəzində saxlanılmalı,   bacarıqlı, təşəbbüskar, ictimai işlərə daha çox maraq göstərən gənc oğlan və qızlar YAP sıralarına qəbul edilməlidirlər.

                                                                            Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: