Ən sürətli kamera yaradılıb

164

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını icad ediblər.

NUHÇIXAN “Naukatv” resursuna istinadən yazır ki, “T-CUP” qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yubadılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafiya (CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. “T-CUP” 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib.

Mütəxəssislər ümid edir ki, texnologiya biotibb sahəsində tədqiqatlarda və materialların öyrənilməsində faydalı olacaq. Həmçinin alimlər çəkiliş sürətinin saniyədə 1 kvadrilyon kadradək artırılması imkanının mövcud olduğunu bildirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: