“Google” fiziki imkanları məhdud şəxslərə kömək üçün proqram istifadəyə verib

171

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları səslə idarə etməyə imkan verən “Voice Access” əlavəsini istifadəyə verib. Yeni əlavə fiziki imkanları məhdud şəxslərin mobil telefondan istifadəsini sadələşdirmək məqsədi daşıyır.

NUHÇIXAN tass.ru saytına istinadla xəbər verir ki, “Voice Access” istifadəçilərə səs əmrləri vasitəsilə və əllərdən istifadə etmədən mətnlər yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində “düymələr” basmaq və interfeys elementlərini idarə etməyə şərait yaradacaq.

Proqramın ingilis dilində versiyasını “Google Play” mağazasında yükləmək olar. Gələcəkdə tərtibatçılar tərəfindən digər dil versiyalarının istifadəyə verilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: