“Microsoft” korporasiyası “Windows 7” sistemini 2023-cü ilədək dəstəkləyəcək

125

“Windows 7” əvvəlki kimi korporativ istifadəçilər arasında ən populyar əməliyyat sistemi olaraq qalır və şirkətlər “Windows 10” sisteminə keçməyə tələsmir. “Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixində dayandırılmalı idi, ancaq “Microsoft” bu müddəti daha 3 il uzatmağa dair qərar verib. Bu haqda şirkətin bloqunda “Microsoft” şirkətinin “Office” və “Windows”un marketinqi üzrə vitse-prezidenti Cared Spataro deyib.

NUHÇIXAN “securitylab.ru” saytına istinadən yazır ki, vaxtı uzadılmış genişləndirilmiş dəstək “Microsoft”un korporativ lisenziyalaşdırma proqramının iştirakçısı olan “Windows 7 Professional” və “Windows 7 Enterprise” istifadəçiləri üçün əlçatan olacaq. Dəstək ödənişli olacaq: ödəniş hər bir ayrı qurğu üçün ediləcək və hər il artacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: