“LG” şirkəti süni intellektə malik ekzoskelet hazırlayıb

150

“LG” şirkəti süni intellektlə təchiz olunmuş ekzoskelet təqdim edib. Qurğu peşəsinə görə işinin çox hissəsini ayaq üstündə keçirməyə məcbur olan insanlar üçün nəzərdə tutulub.

NUHÇIXAN techcult.ru saytına istinadla xəbər verir ki, ekzoskeletin elementlərindən biri döşəmədə sürüşməni təmin edən və öz istifadəçisinin fizioloji xüsusiyyətlərinə avtomatik uyğunlaşan ayaqqabılardır. İstehsalçıların fikrincə, bunun sayəsində oynaqlara yüklənmə azalır. Süni intellekt özü öyrənmək, istifadəçiyə və onu əhatə edən mühitə uyğunlaşmaq imkanına malikdir. Yeni ekzoskeletin imkanları haqqında hələ ki, ətraflı məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, ekzoskelet Berlində keçiriləcək “IFA 2018” beynəlxalq istehlak elektronikası sərgisində təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: