“Skype” yeni şifrələmə sistemini tətbiq edib

197

“Skype” videomessenceri “end-to-end” şifrələmə sistemini tətbiq edib. Məxfi ünsiyyətə başlamaq üçün müvafiq istifadəçinin profilini açmaq və “New Private Conversation” seçmək lazımdır. Həmsöhbət göndərilmiş dəvəti qəbul etdikdən sonra, bütün mətn mesajları, fayllar, audioyazılar, səsli və videozənglər şifrələnir.

NUHÇIXAN “vesti.ru” saytına istinadən xəbər verir ki, bu həftədən başlayaraq yeni funksiya “iOS”, “Android”, “Linux”, “macOS” və “Windows” sistemlərində əlyetərlidir. Lakin bəzi məhdudiyyətlər də var: istifadəçilər bir qurğuda yalnız bir “şifrələnmiş” söhbətdə iştirak edə bilərlər. Məsələn, istifadəçi smartfondan kompüterə keçmək istədikdə, göndərilmiş və qəbul edilmiş bütün məlumatlar məxfi ünsiyyət aparılmış qurğuda yadda saxlanılacaq.

“End-to-end” şifrələməsi rabitənin müdafiəsi üçün ən təhlükəsiz üsullardan biri hesab edilir. “Skype” sisteminin təhlükəsizlik sistemi “Signal” protokolunun köməyi ilə unikal təhlükəsizlik açarlarının generasiyasına əsaslanır. Açarların orijinallığı istifadəçi tərəfindən yoxlanılır ki, bu da mesajların üçüncü şəxslər tərəfindən ələ keçirilməsini qeyri-mümkün edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: