“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək

227

“Samsung Galaxy S10” smartfonu 2019-cu ilin fevralında Mobil Dünya Konqresində (MWC) təqdim olunacaq.

NUHÇIXAN “Computerworld” resursuna istinadla xəbər verir ki, bu barədə “Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin məlumat verib. Onun sözlərinə görə, smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini – 5G-ni dəstəkləməyəcək.

“5G şəbəkəsi üçün qurğuların hazırlanması davam etdirilir və onlardan biri növbəti ilin martında nümayiş olunacaq”, – deyə o bildirib.

Bildirilir ki, şirkət müstəsna olaraq 5G şəbəkəsi üçün nəzərdə tutulan telefon buraxmağı planlaşdırır.

“Galaxy S10” smartfonu barədə söz açan istehsalçı nümayəndəsi vurğulayıb ki, smartfona 5G şəbəkəsinin dəstəklənməsi üçün sxemlərin quraşdırılması qeyri-sabit işə və qızmaya səbəb ola bilər.

Bundan başqa, Ko Don Cin “Samsung” şirkətinin açılıb-yığılan mobil telefon üzərində çalışması ilə bağlı yayılan şayiələri təsdiq edib. O, həmçinin “Galaxy S” və “Note” istehsal xətlərinin birləşməsi haqqında dolaşan söz-söhbəti təkzib edib. Bildirib ki, “Note” müstəqil qurğu olaraq qalacaq.

Şirkət təmsilçisi “Samsung” smartfon istehsalçıları arasında birincilik uğrunda mübarizədə “Huawei” şirkətindən geri qalmaq niyyətində olmadığını da qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: