Bu şirkət dünyada ilk dəfə 7 nm-lik smartfon prosessoru təqdim edəcək

228

“Huawei” 7 nanometrlik texnoloji proses normalarına uyğun istehsal edilmiş prosessorla təchiz ediləcək smartfon təqdim edən ilk şirkət kimi tarixə düşəcək. Şirkətin istehlak bölməsinin direktoru Riçard Yu təsdiq edib ki, “Kirin 980” prosessoru oktyabrda təqdim ediləcək  “Mate 20” smartfonuna quraşdırılacaq.

NUHÇIXAN “hitech” saytına istinadən yazır ki, “Huawei” şirkəti 31 avqust – 5 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA 2018” sərgisində yeni mobil prosessorunu rəsmən təqdim edəcək.

“Kirin 980” prosessoru 7 nanometrlik (nm) texnoloji proses üzrə hazırlanacaq. Güman ki, yeni prosessor əvvəlki 10 nm-lik 970 modelindən 20% daha məhsuldar və enerji baxımından 40% daha səmərəli olacaq. Yeni prosessor 8 nüvəyə (4 “ARM Cortex-A76” və 4 “Cortex-A55”) malik olacaq və takt tezliyi 2,8 QHs-dək çatacaq. Yeni neyron şəbəkə modulunun süni intellekt funksiyaları ilə bağlı məsələlərin işlənməsini sürətləndirəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: