Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

323

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar.

NUHÇIXAN xəbər verir ki, məlumat “Trend Force” analitik şirkətinin saytında dərc edilib. İlkin hesablamalara görə, yeni “iPhone X” smartfonu əvvəlkindən ucuz olacaq: yeni aparatın qiyməti 899-949 dollar təşkil edəcək. Ən bahalı model analitiklər tərəfindən 999 dollar məbləğində qiymətləndirilən “iPhone X Plus” olacaq.

Həmçinin analitiklər hesab edirlər ki, “Apple” maye kristal ekrana malik modelin ucuz versiyasını (749 dollaradək) təqdim edəcək.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi “Apple” şirkətinin “iPhone” smartfonunun köməyilə kimliyin eyniləşdirilməsi texnologiyasına ərizəsini qeydə alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: