ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “Parker Solar Probe” peykini Günəşə göndərib.
NUHÇIXAN AMEA-nın saytına istinadla xəbər verir ki, Florida ştatının “Kanaverel” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.
“Parker Solar Probe”nin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə – 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır.
Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.