Uşaqlar üçün smartfon və planşet təqdim edilib

76

“Archos” şirkəti azyaşlı istifadəçilər üçün “Junior” qurğular seriyasını təqdim edib. Bu seriyaya yaşı üçdən yuxarı uşaqlar üçün “Junior Tab” planşeti və yeddidən yuxarı uşaqlar üçün “Junior Phone” smartfonu daxildir.

İstehsalçıların məlumatına görə, təqdim edilən qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar: valideyn nəzarəti vasitələri və “Qustodio”dan veb-səhifələrin filtri (bir il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri quraşdırılıb.

NUHÇIXAN xəbər verir ki, hər iki qurğu “Android 7 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Planşet və smartfonun 2018-ci ilin iyununda Avropada 79,99 avroya satışa çıxarılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: