“Panasonic” çox davamlı “Toughpad FZ-M1” planşetini təqdim edib

147

“Panasonic” şirkəti xüsusi xidmət orqanları, hərbi, nəqliyyat və fabrik işçiləri, başqa peşə sahibləri üçün nəzərdə tutulmuş “Toughpad” planşet xəttinə məxsus yeni modelini təqdim edib. “Windows” sisteminin idarəetməsi altında işləyən 7 düymlük “Toughpad FZ-M1 mk3” planşeti yarım metr hündürlükdən yerə düşməyə, temperatur (– 10 +50-dək selsi dərəcə) təsirinə qarşı dayanıqlı, həmçinin “IP65” standartına uyğun olaraq su və toza qarşı davamlıdır.

NUHÇIXAN “hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, “Panasonic”in müştəriləri qurğunu istənilən kimi konfiqurasiya edə bilərlər: ardıcıl port, LAN, NFC çip, ştrixkod skaneri, RFID nişanları və “ağıllı” kart oxuyucularını əlavə edə bilərlər. Aparatın çəkisi 540 qram, qalınlığı isə 18 millimetr təşkil edir.

“Toughpad FZ-M1 mk3” planşeti iki konfiqurasiyada təqdim ediləcək: 7-ci nəsil “Intel Core i5-7Y57 vPro” prosessoru ilə təchiz edilmiş standart və “Intel Celeron N4100” prosessoru ilə təchiz edilmiş ucuz model. Hər iki model cari ayın sonunda əlçatan olacaq. Qiymətləri dəqiq məlum deyil.

Planşet hər hansı sahədə tətbiq üçün uyğundur. Məsələn, dəqiq ölçmələr üçün planşetə “Intel RealSense” 3D kamerası inteqrasiya edilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: