“Huawei” dünyada smartfon satışının həcminə görə “Apple”ı qabaqlayıb

166

“Canalys” analitik firmasının məlumatına görə, Çinin “Huawei Technologies” şirkəti 2018-ci ilin ikinci rübündə smartfonların satış həcminə görə “Apple”ı geridə qoyaraq ikinci olub.

NUHÇIXAN “ria.ru” saytına istinadən yazır ki, cari ilin ikinci rübündə “Huawei” şirkəti 54 milyon telefon satıb ki, bu da ötən illə müqayisədə 41% daha yüksək göstəricidir. Şirkət “Huawei P20” adlı qabaqcıl smartfonunun populyarlığı sayəsində belə nəticə əldə edib.

Digər səbəb kimi şirkətin strategiyasında edilmiş dəyişiklik, xarici bazarlara çıxışı qeyd etmək olar.

2018-ci ilin ikinci rübündə “Samsung Electronics” şirkəti 73 milyon telefon satıb ki, bu da 2017-ci illə müqayisədə 8% azdır. “Apple” ikinci rübdə 41 milyon smartfon sataraq reytinqdə üçüncü yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: