LG-nin gəlirləri azaldı, smartfon satışları düşdü

163

Cənubi Koreyanın “LG Electronics” bu ilin ikinci rübünün nəticələri ilə bağlı hesabatını açıqlayıb.

NUHÇIXAN-ın ixbt.com saytına istinadən məlumatına görə, şirkətin gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 36,6 faiz azalıb.

Şirkətin xalis mənfəəti 291 milyon dollar olub. Ancaq bir il öncə şirkət xalis olaraq 460 milyon dollar qazanıb. Satışları 3,2 faiz artıb və 13,4 milyard dollar təşkil edib.

LG təsdiqləyir ki, mobil cihazlar bölməsi şirkətə 165 milyon dollar zərər gətirib. Şirkətdə bildirirlər ki, onun üçün smartfon bazarında rəqabət aparmaq çox çətindir. Həmçinin Mərkəzi və Cənubi Amerikada büdcəli smartfonların satışlarının aşağı düşdüyü  qeyd edilir.

Məişət texnikası bölməsi gəlirlərini kondisionerlərə olan mövsümi tələbata görə 1,7 faiz artırıb. Ev elektronikası istehsalı ilə məşğul olan bölmənin gəlirləri 44 faiz artıb ki, bu da premium OLED televizorlarına olan satışların artımı ilə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: