“Google Drive” xidmətinin auditoriyası 1 milyardı ötüb

126

“Google Drive” xidmətinin auditoriyası 1 milyardı ötüb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, ötən il keçirilmiş “Google I/O” konfransında 800 milyondan çox auditoriyası olan “Google Drive” servisində 2 trilyondan çox fayl yerləşdirildiyi elan edilib. İndi məlum olub ki, dünyada təxminən 1 milyard nəfər axtarış nəhənginin bulud saxlanc sistemindən istifadə edir. San-Fransiskoda keçirilən “Google Cloud Next” konfransı çərçivəsində bu fakt səsləndirilib.

“Google Drive” – bu, axtarış nəhənginin 1 milyard aktiv istifadəçi toplamış səkkizinci məhsuludur. Bundan əvvəl “Search”, “Gmail”, “Chrome”, “Maps”, “YouTube”, “Play Store” xidmətləri və “Android” əməliyyat sistemində eyni göstərici qeydə alınmışdı. Bundan başqa, artıq ötən il “Android” sistemindən istifadə edənlərin sayı 2 milyardı ötüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: