“Sony”dən bir ilk: 48 meqapiksel kameralı smartfon buraxılır

145

Yaponiyanın “Sony” şirkəti unikal 48 meqapiksel kameraya malik smartfon buraxacaq.

NUHÇIXAN-ın Riafan.ru saytına istinadən məlumatına görə, “Sony” şəkil həvəskarlarını təəccübləndirməyə hazırlaşır. Yaponiyalı tərtibatçılar telefonu unikal 48 meqapiksel kamera ilə təchiz etmək niyyətindədirlər.

Bunun üçün artıq onlar IMX586 görüntü ötürücüsü sensoru hazırlayıblar. Keyfiyyətli şəkillər dünyada ən kiçik pikselin sayəsində alınır ki, onun da uzunluğu cəmi 0,8 mikrometr təşkil edir.

“Sony”nin yeni cihazının sahibi saniyədə 30 kadr çəkə biləcək. Onun ölçüsü isə 8000X6000 nöqtə olacaq.

Təxmin edilir ki, smartfon 2019-cu ildə bazara çıxarılacaq. Onun qiyməti isə hələlik sirr olaraq saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: