Mobil cihazların qorunması üzrə qlobal lider olan “Appthority” şirkəti tez-tez “qara siyahı”ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. “iOS” qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri “WhatsApp”, “Facebook Messenger” və “Waze” messencerləri tutub. “Android” əlavələri reytinqində “WhatsApp”, “Facebook Messenger” və “Telegram” servisi liderdir. İkinci rübdə “Waze” və “Telegram” reytinqə yeni daxil olub.
NUHÇIXAN “SecurityLab www.securitylab.ru” resursuna istinadən bildirir ki, əlavələr şirkətlərin “qara siyahı”sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.
İkinci rübdə “qara siyahı”ya daha çox düşən mobil proqramlar reytinqində “Facebook Messenger” və “WhatsApp”ın “Android” və “iOS” versiyaları, eləcə də “Android” üçün “Wickr Me” və “iOS” üçün “Tinder” yer alıb.
Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb.