“Mercedes” 25 minə yaxın avtomobilini geri çağırıb

81

“Mercedes-Benz” şirkəti Rusiyada 25 minə yaxın avtomobilini geri çağırıb.

NUHÇIXAN-ın məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2014-2017-ci illərdə Rusiyada satılmış A, B, C, eləcə də CLA, GLA, GLC modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: