“Google” korporasiyası “Play Market” tətbiqlər mağazasına son 10 ildə ən əsas yeniliyini inteqrasiya edib.
NUHÇIXAN-ın “İzvestiya” nəşrinə istinadən məlumatına görə, bu, müxtəlif məsləhətlər üçün süni intellektdir.
Mütəxəssislər bildiriblər ki, yenilənmə nəticəsində “Google Play” istifadəçiləri proqram və oyun təkliflərini onların yerləşməsi, maraq və digər faktorlar nəzərə almaqla görə biləcəklər.
Bundan başqa, korporasiyadan qeyd ediblər ki, gələcəkdə sistemə mağazanın digər istiqamətlərini də tətbiq etməyi planlaşdırırlar.
Xatırladaq ki, iyun ayının əvvəllərində Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson Kinq dairəsinin Ali Məhkəməsinə “Google” və “Facebook” şirkətinə qarşı iddia ilə müraciət edib. Buna səbəb bu şirkətlərin siyasi reklam sayəsində ştatın qanunlarına uyğun olaraq riayət etməməsidir.
İddiada bildirilir ki, şirkətlər 2013-cü ildən bu yana onlayn platformalarda bu cür reklamları yerləşdirən şəxslər və təşkilatlar barəsində lazımi məlumatları yadda saxlamayıblar.