“Asimo” robotunun buraxılışı dayandırılır

183

NUHÇIXAN xəbər verir ki, Yaponiyanın “Honda” şirkəti dəfələrlə ictimaiyyət və KİV-in diqqətini cəlb etmiş insanabənzər “Asimo” robotunun buraxılışını dayandırır.

Şirkət hazırda diqqəti daha çox praktiki fayda gətirən robotların hazırlanmasına yönəltmək niyyətindədir.

Söhbət təkərli avtonom robotlardan və xəstələrə kömək edəcək robotlardan gedir. Bununla yanaşı, istehsalçı “Asimo” robotunda tətbiq edilən texnologiyalardan istifadəni planlaşdırır.

Qeyd edək ki, Yaponiyanın texnologiyalar sahəsində uğur simvoluna çevrilən insanabənzər “Honda” robotu üzərində işə ötən əsrin 80-ci illərində başlanılıb, birinci nəsil “Asimo” isə 2000-ci ildə təqdim edilib. O vaxtdan şirkət robotu bir neçə dəfə yeniləyib: onun sonuncu versiyası 2014-cü ildə buraxılıb.

Robot hərəkət edən əşyaları tanıyaraq onlaradək olan məsafəni və onların hərəkət istiqamətini müəyyənləşdirir. Bundan başqa, “Asimo” jest və səsli komandaları başa düşür və otaqda müstəqil hərəkət edə bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: