Qlobal virtual reallıq qurğular bazarının tədarük həcmi 16% yüksəlib

181

“Canalys” analitik şirkətinin məlumatına görə, 2018-ci ilin birinci rübündə virtual reallıq (virtual reality, VR) qurğularının qlobal tədarük həcmi illik hesablama üzrə 16% yüksələrək 650 min təşkil edib.

NUHÇIXAN xəbər verir ki, öz displeyləri ilə təchiz edilmiş və məhsuldar kompüterlərə kabel qoşulmasını tələb etməyən avtonom virtual reallıq qurğularının sayəsində artım qeydə alınıb. 2018-ci ilin yanvar-martında “HTC Vive Focus” və “Pico Neo CV” kimi modellərin tədarük həcmi 2017-ci ilin dördüncü rübü ilə müqayisədə 234% yüksəlib. Müqayisə üçün, kompüterə qoşulan VR-qarnitur seqmentində artım yalnız 2% təşkil edib.

Avtonom VR-qurğular xüsusilə Çin bazarında sürətlə populyarlıq qazanır. “Canalys” şirkətinin qiymətləndirməsinə görə, Çində belə qurğuların tədarükü 200% yüksələrək 94 min olub ki, bu da qlobal tədarük həcminin 82%-ni təşkil edir.

Ekspertlər bildiriblər ki, təxminən 31% bazar payına malik ABŞ virtual reallıq qurğularının tədarükü üzrə liderdir. Ötən ilin son rübündə Çinin virtual reallıq qurğuların bütün növləri üzrə qlobal payı 28% təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: