Əyilə bilən Galaxy X’in qiyməti 2000 dollara yaxın olacaq

257

Kitab kimi bükülən smartfonlar barəsində danışıqlar artıq uzun illərdir ki, gedir. NUHÇIXAN xəbər verir ki, bu cür smartfonu ilk istehsal edəcək şirkət Samsung ola bilər. Onun belə bir smartfonunu isə Galaxy X adlandırırlar. Analitiklərin fikrincə həmin smartfon premium deyil super premium olacaq. Onların fikrincə sözügedən smartfon çox bahalı olacaq və onun qiymət göstəricisi hal hazırki iki flaqman smartfonun qiyməti səvyyəsində olacaq. Golden Bridge Investment şirkətinin təmsilçilərinin hesablamalarına görə smartfonun qiyməti 1850$ təşkil edəcək.

Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda Galaxy S9-un qiyməti 720$, Galaxy S9 Plus-ın qiyməti isə 840$-dır. Bu cür qiymət göstəricisini nəzərə alaraq demək olar ki, çox güman ki, smartfon məhdud sayda satışa çıxacaq. Bundan əlavə olaraq məlumatlar yayılıb ki, Samsung şirkəti Galaxy X smartfonunu gələn ilin fevral ayının sonunda keçiriləcək MWC 2019 tədbirində təqdim edəcək. Lakin çox güman ki, təqdimat qapalı qapılar arxasında şirkət əməkdaşları və tərəfdaşlar üçün baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: