“Facebook” “Huawei” ilə müqaviləsini ləğv edəcək

201

“Facebook” bu həftənin sonuna qədər Çinin “Huawei” şirkətinə istifadəçilərin şəxsi məlumatlarına çıxış əldə etmək hüququ verən anlaşmanı ləğv edəcək.

NUHÇIXAN-ın  xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

“Facebook” Çin şirkəti ilə 2010-cu ildə müqavilə imzalayıb və ona istifadəçi məlumatlarına çıxış icazəsi verib. Analoji müqavilələr Çinin digər şirkətləri – “Lenovo”, TCL və OPPO ilə də bağlanıb. Ümumən “Facebook” son 10 ildə smartfon və digər elektron cihazlar istehsal edən 60 şirkətlə, o cümlədən “Samsung”, “Apple” və “Microsoft”la anlaşmalar imzalayıb və onların istifadəçi məlumatlarından yararlanmasına imkan tanıyıb. Bu anlaşmaların əksəriyyəti hələ də qüvvədədir.

Xatırladaq ki, ABŞ hökuməti “Huawei”in Çin kəşfiyyatı ilə əlaqəsi olduğunu əsas gətirərək bu şirkəti amerikalı istifadəçilər üçün potensial təhlükə adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: