“Google” ABŞ ordusunun dron proqramında iştirakını dayandırır

207

“Google” şirkəti hərbi pilotsuz uçuş aparatlarının dəqiqliyini yüksəltmək üçün süni zəkadan istifadə olunmasını nəzərdə tutan proqramda iştirakını davam etdirməyəcək.

NUHÇIXAN-ın CNN-ə istinadən verdiyi xəbərə görə, söhbət “Google”un Pentaqonla əməkdaşlıq etdiyi “Maven” layihəsindən gedir.

2017-ci ilin iyununda Pentaqon süni zəkanın hərbi sahədə tətbiqini təmin etməyə yönəlmiş bu proqramın maliyyələşdirilməsinə başlayıb. 2018-ci ilin aprelində “Google”un 4 minə yaxın əməkdaşı şirkətin layihədə iştirakına etiraz olaraq kollektiv məktub imzalayıb.

“Google”un bölmələrindən birinin rəhbəri Dayen Qrin iyunun 1-də əməkdaşlara elan edib ki, şirkət “Maven” layihəsi üzrə mövcud müqavilənin 2019-cu ilin martında başa çatmasından sonra onu uzatmayacaq. “Gizmodo” portalının məlumatına əsasən Pentaqon və “Google”un həyata keçirdiyi layihənin dəyəri 9-15 milyon dollar təşkil edə bilər. Yeni texnologiya kəşfiyyat dronlarından əldə olunan təsvirlərin monitorinqi və analizindən ibarət olacaq.

“Google”un əməkdaşları bildiriblər ki, şirkət hərbi bizneslə məşğul olmamalıdır. Onlar tələb ediblər ki, “Google” və onun podratçıları rəsmən bəyan etməlidir ki, heç vaxt hərbi texnologiyaların yaradılması ilə məşğul olmayacaqlar. Bəzi əməkdaşlar etirazla kifayətlənməyərək şirkəti tərk ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: