“Facebook” İtaliyada 300 milyon avro məbləğində vergi ödənişindən yayınıb

145

Milanın vergi polisi “Facebook”un İtaliyada reklam satışından əldə etdiyi gəlirləri vergilərin nisbətən aşağı olan ölkələrin adından İtaliyaya istiqamətləndirməklə 2010-2016-cı illər ərzində 300 milyon avro məbləğində vergidən yayındığını təsdiq edib.

NUHÇIXAN xəbər verir ki, “Facebook Ireland” və “Facebook Inc.” şirkətləri 100 milyon avro məbləğində cərimələnə bilərlər.

Lakin şirkət İtaliyanın gəlir agentliyi olan “Agenzia delle Entrate” ilə danışıqlar apararaq daha az məbləğdə cərimə ödəyə bilər.

Ötən ilin dekabrında “Facebook” bildirmişdi ki, gəlir əldə etdiyi ölkələrdə alınan vergilərə uyğun olaraq öz vergi strukturunu təkmilləşdirəcək.

Bu addım “Facebook”un İtaliya da daxil olmaqla, 30 ölkədə vergi ödənişlərinə öz təsirini göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: