48 meqapiksellik kameraya malik qabaqcıl “Honor” smartfonu təqdim edilib

185

“Huawei” şirkəti “Honor V20”  smartfonunu təqdim edib.

Əsas arxa kamera yayda təqdim edilmiş 48 meqapiksellik “Sony IMX586”  CMOS-sensorudur. “48MP AI HDR” funksiyası süni intellekt sistemindən istifadə nəticəsində 48 meqapiksellik şəkillər çəkməyə imkan verəcək.

NUHÇIXAN “ferra.ru” saytına istinadən yazır ki,  smartfon “Full HD+” (1080×2310 piksel) təsvir ölçülü 6,4 düymlük ekran, 25 meqapiksellik ön kamera, 48 meqapiksellik əsas ikiqat kamera, arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilib. 4000 milliamper/saat tutumlu akkumulyator 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

Smartfon “Kirin 980” qabaqcıl prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128/256 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.

2 ədəd SİM kart, “4G VoLTE”, “Wi-Fi (802.11 ac)”, “Bluetooth 5 LE”, “GPS”, “NFC” texnologiyaları, “USB Type-C” portu mövcuddur.

Smartfon “EMUI 9.0” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 157,32×75,13x 8,3 mm, çəkisi isə 206 qr-dır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: