3D-skanerə malik “ağıllı” güzgü insanın üçölçülü modelini yaradır

196

“Naked Labs” şirkəti 3D-skanerə malik “ağıllı” güzgünün satışına başlayıb. Qurğu insanın bədənini skan edir, onun üçölçülü modelini yaradır və bütün dəyişikliklər haqqında ətraflı məlumat verir.

Qurğunun iş prinsipi olduqca sadədir. İstifadəçi güzgünün qarşısında yerləşdirilmiş tərəzi-platformanın üzərində dayanmalıdır. Platforma öz oxu ətrafında fırlanaraq bədənin kütləsi haqqında informasiyanı qeydə alır, bu zaman güzgü bədəni hər tərəfdən skan edir. Bütün proses 15 saniyə davam edir.

NUHÇIXAN robo-hunter.com saytına istinadla xəbər verir ki, “ağıllı” güzgü əldə olunmuş informasiyanı smartfona yüklənmiş xüsusi proqrama göndərir. Nəticədə istifadəçi ekranda öz bədəninin üçölçülü modelini görür. Güzgüdən yalnız fiziki forma və çəkiyə nəzarət üçün deyil, həm də online geyim seçimi üçün istifadə etmək olar.

Qurğunun çəkisi 13,5 kiloqram, çərçivənin hündürlüyü 1,5 metrdir. Arxa panel plastik kütlədən, yan hissələr isə alüminiumdan hazırlanıb. Üç “RealSense 410” kamerası ilə təchiz edilmiş “ağıllı” güzgünün qiyməti 1395 ABŞ dollarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: