“Intel” şirkəti 5 QHs takt tezliyində işləyən 28 nüvəli prosessorunu nümayiş etdirib. Yeni prosessor Taybeydə keçirilmiş “Computex 2018” sərgisi çərçivəsində təqdim edilib.
NUHÇIXAN “lenta.ru” saytına istinadən yazır ki, istehsalçı yalnız ümumi informasiya verərək prosessorun texniki xüsusiyyətlərini açıqlamayıb. Hətta prosessorda enerji sərfiyyatı məlum deyil.
Sözügedən prosessor “Cinebench” adlı məhsuldarlıq testində 7334 bal toplayıb. Bu, birprosessorlu sistemlər üçün ən yüksək göstəricidir və yalnız bir neçə mərkəzi prosessorun quraşdırılması ilə bu göstəricini ötmək mümkündür. 2018-ci ilin sonunda satışa çıxarılacaq prosessorun qiyməti məlum deyil.