2019-cu ildə qlobal smartfon tədarükünün həcmi 1,5 milyarda çatmayacaq

161

“Digitimes Research”in analitiklərinin proqnozuna görə, 2019-cu ildə qlobal smartfon tədarükü, ehtimal ki, 1,5 milyard qurğu göstəricisinə yaxınlaşmayacaq. Mütəxəssislər hesab edirlər ki, smartfon bazarında inkişafı sürətləndirəcək “5G” texnologiyasını dəstəkləyən modellər qabaqcıl rabitə standartı geniş yayıldıqda, yəni 2020-ci ildən sonra tələbata təsir etməyə başlayacaq.

NUHÇIXAN “dailycomm.ru” saytına istinadən yazır ki, “Digitimes Research”in əvvəlki qiymətləndirməsinə görə, 2019-cu ildə “5G” smartfonlarının tədarük həcmi, çətin ki, 1 milyonu ötsün.

Gözləntilərə görə, “5G” infrastrukturunun inkişafı ilə əlaqədar smartfon bazarında dinamika sürətlənəcək və 2020-ci ildə bu qurğuların ümumi tədarük həcmi 1,5 milyardı ötəcək, 2023-cü ildə isə 1,7 milyarda yaxınlaşacaq.

“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2022-ci ildə qlobal smartfon bazarının həcmi 1,654 milyard təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: