128 TB məlumatı yadda saxlayan yeni standart təqdim olunub

158

“SD Association” tərəfindən təqdim edilmiş “SD Express” yaddaş kartı standartı “PCIe” və “NVMe” interfeyslərini dəstəkləyəcək və bu, məlumat mübadiləsinin sürətini saniyədə 1 QB-dək artırmağa imkan verəcək. Bundan başqa, assosiasiya 128 TB-dək məlumatı yadda saxlayan “SDUC” standartını təqdim edib.

NUHÇIXAN xəbər verir ki, “SD” formatı istehlak qurğularında istifadə olunan ən populyar yaddaş kartı formatıdır. Bir qayda olaraq, bu kartlar kameralar, dronlar və başqa qurğular üçün çıxarılıb-taxılan məlumat saxlama anbarı kimi istifadə olunur.

“PCIe” interfeysinin dəstəyi nəticəsində yeni yaddaş kartları məlumatları saniyədə 984,6 MB-dək sürətlə ötürə biləcək. Bundan başqa, bu interfeysin tətbiqi kompüterin komponentlərinə mərkəzi prosessorun iştirakı olmadan yaddaşa müraciət etməyə imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: