Ən təhlükəli smartfonların reytinqi tərtib edilib

112

ABŞ-ın Rabitə Federal Agentliyinin analitikləri dünyada ən təhlükəli smartfonların reytinqini tərtib ediblər. Bu zaman cihazların insana zərərli təsirinin miqdarını göstərən SAR (specific absorption rate) şüalanma dərəcəsinə xüsusi önəm verilib.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, “Google Pixel 3 XL” ən təhlükəli smartfon elan edilib. Məlum olub ki, bu modeldə şüalanma göstəricisi 1,52 Vatt/kq, bədən və baş nahiyəsi üçün isə 1,35 Vatt/kq təşkil edir.

“Google” şirkətinin istehsalı olan “Pixel 3” smartfonu isə ikinci yerdə qərarlaşıb. Bu modelin göstəricisi 1,34 Vatt/kq-dır. Təhlükəli cihazların ilk beşliyində, həmçinin “One Plus”, “LG V40”, “iPhone XS Max” və “XS” smartfonları yerləşiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: