Yapon startapın kosmosa raket buraxmaq cəhdi uğursuzluqla nəticələnib

218

İyunun 30-da Yaponiyanın “Interstellar Technologies” startapının çox da böyük olmayan raketi kosmosa çıxarmaq cəhdi uğursuzluqla nəticələnib.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, raket buraxılışdan bir neçə saniyə sonra partlayaraq yerə düşüb.

“Interstellar Technologies” startapı Yaponiyanın şimalındakı Hokkaydo adasında yerləşir. Onun inşa etdiyi raket cəmi 10 metr hündürlükdədir.

Raketin yerli vaxtla səhər saat 5:30-da Çaiki şəhərindəki buraxılış meydançasından buraxıldığı, lakin tezliklə yerə düşdüyü qeyd edilir.

Şirkətdən bildirilib ki, yanğınsöndürənlər tərəfindən əhatəyə alınan start meydançasında baş verən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: