Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu düşəcək, güclü külək əsəcək

338

Sinoptiklərin əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildirilib ki, mayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza görə, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddət ərzində xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: