Naxçıvanda sabaha olan hava proqnozu

284

Naxçıvan Muxtar Respublikasında yanvarın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: