Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb

121

Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb.

NUHÇIXAN RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, xidmət “VisionLabs” şirkətinin tərtibatçıları tərəfindən istifadəyə verilib.

“SelfieToPay” adlanan xidmətdən istifadə etmək üçün alıcı “AppStore” və ya “GooglePlay”dən “SWiP” əlavəsini yükləməli, bank kartını ona bağlamalı və öz sifətini skan etməlidir.

Müvafiq proqram təminatı və xüsusi kameralar olan ticarət məntəqələrində alış-verişin dəyərini ödəmək üçün alıcıya telefon lazım olmayacaq. Kassanın yanındakı obyektivə baxmaqla kamera onun kimliyini müəyyən edəcək. Kameranın diapazonu elədir ki, ora yalnız ödəniş edən şəxsin üzü düşəcək.

“VisionLabs” şirkətindən bildiriblər ki, bu texnologiya sayəsində fırıldaqçılar alış-veriş üçün başqalarının fotolarından və ya videoyazılarından istifadə edə bilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: