“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlanıb

186

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşmasına hakim təyinatı açıqlanıb

NUHÇIXAN AFFA-nın saytına istinadən xəbər verir ki, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko və Erik Vayss yardımçı olacaqlar. Ehtiyat hakim isə Patrik Hrçka təyin olunub.

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: