Babəkdə qarğıdalı əkininə maraq artıb

225

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Babək  rayonunun münbit torpaqları burada aqrar sahənin inkişafına geniş imkanlar yaradıb. Son illər regionda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədə daha böyük uğurlar qazanılmasına stimul olub.

Rayonda həm də qarğıdalı əkilib-becərilməsinə xüsusi önəm verilir. Hər il bölgənin torpaq mülkiyyətçiləri iqtisadi cəhətdən səmərəli olan bu sahədə xeyli gəlir əldə edirlər. Onlar dövlət tərəfindən müxtəlif yardımlarla, yüksək reproduksiyalı toxumlarla təchiz olunurlar. Tədarük edilən məhsulun satılmasında da heç bir çətinlik yoxdur. Cari ildə də babəklilər öz torpaqlarında bu məhsulun becərilməsi ilə məşğul olublar. Rayonda 127 hektar sahədə dən üçün qarğıdalı əkini həyata keçirilib. Sahələrə vaxtlı-vaxtında və aqrotexniki qaydada qulluq göstərilib. Bu səbəbdəndir ki, torpaq mülkiyyətçiləri bol məhsul yetişdirməyə nail olublar.

Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, ötən ilə nisbətən bu il qarğıdalı əkinlərinə maraq artıb və 5  hektar artıq sahədə əkin aparılıb. Rayonun Babək qəsəbə, Məmmədrza Dizə, Kərimbəyli, Zeynəddin kimi kəndlərində əkinlərə geniş yer verilir.

Mirdavud SEYİD

                                                                                     “Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: