Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs edilib

294

Yerevan Şəhər Məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb.

NUHÇIXAN Ria Novosti agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müttəhimin vəkili Aram Orbelyan deyib. Vəkil qeyd edib ki, məsələ ilə bağlı əlavə məlumatı bu gün keçiriləcək mətbuat konfransında çatdıracaq.

İyulun 26-da R. Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: