Elm adamları Hüseyn Cavidin ev muzeyini ziyarət ediblər

116

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli şair və dramaturq  Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində olublar. Ziyarətçilərə məlumat verilib ki, muzey  ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il 21 iyul tarixli “Hüseyn Cavidin 100 illiyi haqqında” qərar ilə yaradılıb.Qeyd olunub ki,  Hüseyn Cavid 1919–cu ilə qədər fasilələrlə bu evdə yaşayıb və ölməz, həmişəyaşar əsərlərindən bir neçəsini də məhz burada qələmə alıb.

Muzey yaradıldığı dövrdə bir sıra görkəmli ədəbiyyat və elm adamlarına, dövlət qurumlarına müraciət olunub,  bir sıra tanınmış insanlardan, keçmiş Sovet İttifaqının arxivlərindənCavidlə bağlı müəyyən eksponatlar əldə edilib.

Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən xatirə əşyaları təsviri sənət və heykəltaraşlıq nümunələri, böyük sənətkarla bağlı bütün kitablar, eləcə də fotoşəkillər, teatr afişaları və ədibin əsərlərinin ilk nəşrləri bölmənin əməkdaşları tərəfindən diqqətlə izlənilib.

Cavidlər ailəsinə məxsus fotoşəkillər, eləcə də Azərbaycan Respublikasının xalq rəssamı Lətif Kərimovun Hüseyn Cavidin 100 illik yubileyi ilə bağlı toxuduğu xalça ziyarətçilərdə maraq doğurub.

Qeyd edək ki,  1982-ci ilin noyabr ayında ulu öndərin təşəbbüsü ilə dahi şairin nəşi uzaq Sibirdən Naxçıvana gətirilib və muzeyin yaxınlığındakı məqbərədə dəfn olunub.

Sonra dramaturqun məqbərəsi də ziyarət edilib.

                                                                    Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: