Ölkənin regionlarından gələn fəal gənclərin Naxçıvanla tanışlığı davam edir

139

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 gəncin Naxçıvan Muxtar Respublikasına ekskursiyası davam edir. NUHÇIXAN xəbər verir ki, ekskurisya çərçivəsində gənclər Duzdağ Fizioterapiya Mərkəzində olublar. Bildirilib ki, Fizioterapiya Mərkəzində əsasən bronxial-astma, infeksion allergik, xroniki bronxitin müxtəlif formalarının müalicəsi aparılır. Sonra qonaqlar Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksini  ziyarət ediblər.

Gənclər həmçinin Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ilə də tanış olublar. Hər iki ali təhsil ocağı ilə bağlı onlara ətraflı məlumat verilib.

Bakı şəhərindən Naxçıvana dəvət almış təlimçi Fəxri Məmmədli Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda tələbələrə “Motivasiya”, “Karyera və uğur” mövzularında təlim keçib.

Ölkəmizin regionlarından olan gənclərin muxtar respublikamıza ekskursiyası davam edir.

                                                                            Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: