Naxçıvanda növbəti kənd təsərrüfatı yarmarkası keçirilib

144

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda kənd təsərrüfatı  məhsullarının  növbəti satış yarmarkası təşkil olunub. Alıcı çoxluğu ilə diqqəti cəlb edən yarmarkaya 17 istehsal müəssisəsindən 94 adda, 165 çeşiddə 50 tona yaxın məhsul çıxarılıb. Çıxarılan məhsullar içərisində muxtar respublikada fəaliyyət göstərən istixana təsərrüfatlarında yetişdirilən tərəvəzlər də öz yerini alıb. Bu da qış aylarında da yarmarkada məhsul bolluğunun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.

Burada satılan məhsullar digər ticarət şəbəkələrinə nisbətən 15-20 faiz ucuz olub.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: