Çin ilk hipersəsli uçan aparatı uğurla sınaqdan keçirib

193

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası “Xingkong-2” kimi tanınan hipersəsli uçan aparatı uğurla sınaqdan keçirib.

NUHÇIXAN TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Global Times” qəzeti məlumat yayıb.

Sınaq zamanı sözügedən aparat havada təxminən 10 dəqiqə olub. Uçuş zamanı aparat bir çox çətin trayektoriya boyunca 30 km yüksəklikdə bir sıra uğurlu manevrlər edərək göstərilən məntəqəyə eniş edib. Aparatdan gələcəkdə döyüş başlığı üçün daşıyıcı və raket əleyhinə müdafiə sistemlərində istifadə etmək nəzərdə tutulur. Daha bir neçə təkrar sınaqlardan sonra hipersəsli uçan aparatın silahlanmaya daxil edilməsi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: