Əllərin təmiz yuyulmasının şəxsi gigiyenanın əsasını təşkil etdiyi bir çox elmi araşdırmalar və baş verir.
Xeyli infeksiyalar, eləcə də qrip xəstəliyinin əllərə hopan mikroblar vasitəsilə yayıldığı təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, əllərin gigiyenasına riayət olunmaması bir çox xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır, xroniki ağırlaşmaya, hətta ölümə də səbəb ola bilər. Pul əskinasları, xüsusilə də köhnə pullar üzərində 200 növə qədər müxtəlif infeksion, dəri-zöhrəvi xəstəlikləri, o cümlədən vərəm mikrobakteriyalarının, dizenteriya, A hepatiti virusları və digər xəstəliklərin daşıyıcısı ola bilər. Bir ölkədən digərinə aparılan əskinaslar isə daha təhlükəlidir.
Amerika alimləri müəyyən ediblər ki, əskinasların 94 faizi 93 növ patogen bakteriya daşıyıcısıdır. Təhlükəyə ilk növbədə immuniteti zəif olanlar, uşaqlar, qocalar və işi ilə əlaqədar pulla daha çox təmasda olanlar- satıcı, kassir, taksi sürücüsü və başqa peşə sahibləri məruz qalırlar.
Əlləri gecə yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan əvvəl və hər dəfə çirklənəndə mütləq yumaq lazımdır. Əksər hallarda əllər yalnız yeməkdən əvvəl yuyulur, təhlükəli mikrob və bakteriyaları məhv etmək üçün əlləri mütəmadi onları yumaq lazımdır. Yaxşı olar ki, yuyulma zamanı ilıq sudan istifadə edilsin, çünki soyuq sudan mütəmadi istifadə əllərin dərisini cadarlaşdırır və kobud edir.
Araşdırmalar onu da göstərir ki, antimikrob tərkibi olmayan sabunla əl yumaq nəinki mikrobların yayılma imkanını azaldır, hətta əksinə, onların artımını 17 dəfə çoxaldır. Bir neçə gün ərzində dəyişdirilməyən ümumi dəsmal da virus daşıyıcısına çevrilə bilər. Əllər yaxşı yuyulmayanda kranı bağlayarkən, dəsmalla silərkən, qapı dəstəyindən tutarkən asanlıqla müxtəlif növlü mikrobları daşımaq mümkündür. Ona görə də məsələ yalnız əllərin yuyulmasında deyil, onun yuyulması zamanı hansı vasitələrdən istifadə edilməsindən də asılıdır.