AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev-95” adlı sərgi açılıb

80

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu ümummilli lider Hеydər Əliyеvin anadan olmasının 95 illiyi münasibətilə sərgi açılıb.

NUHÇIXAN xəbər verir ki, “Heydər Əliyev-95” sərgisində Ulu Öndərin şərəfli həyat yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitablar nümayiş olunur.

“Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Siyasətdə Naxçıvan dərsləri”, “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, “Heydər Əliyev: müstəqilliyimiz əbədidir”, “Qaydış” və digər kitablar, həmçinin müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən məqalələr sərgiyə gələnlərin diqqətini cəlb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: