Akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə müsabiqə elan edilib

87

Görkəmli alim və ictimai xadim, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının dəstəyi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) təşkilatçılığı ilə elmi müsabiqə elan edilir.

AMEA-dan NUHÇIXAN-a bildiriblər ki, müsabiqədə FRTEB-ə daxil olan institutların yaşı 35-dək olan gənc alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Namizəd haqqında təqdimat, onların elmi nəticələri, qrant layihələrdə iştirakı, yüksək impakt faktorlu jurnallarda məqalələri barədə institutların elmi şuralarının qərarı və məlumat forması may ayının 10-dək FRTEB-ə təqdim edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: