Yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

159

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə bildirilib ki, muxtar respublikada avtomobil yollarının layihələndirilməsi, tikintisi, yol nişanlarının qoyulması müvafiq normativ bazaya əsaslanaraq həyata keçirilir. Hazırda avtomobil yollarında cizgi-boya üsulundan istifadə edilməklə yolların nişanlanlama xətləri 3D formatında çəkilir. Bu isə  hərəkət iştirakçılarının avtomobil yollarından daha rahat və təhlükəsiz istifadəsinə xidmət etməklə yanaşı, şəhər yollarında zövq oxşayan mənzərə yaradır.

İctimai həyatın ən dinamik inkişaf edən sahələrindən biri də  nəqliyyatdır. Buna görə də yol infrastrukturunun dayanmadan inkişaf etdirilməsi çox əhəmiyyətlidir. Bu gün sosial-ictimai həyatı nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Buna baxmayaraq bütün yeni texnologiyalar kimi, nəqliyyatın da inkişafı özünəməxsus probolemlərlə müşayiət olunur. O da vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində və ərazi polis orqanlarının dövlət yol polisi xidmətlərində yol hərəkəti təhlükəsizliyinin qorunması və yol hərəkəti qayda pozuntularına qarşı mübarizə işi  yüksək səviyyədə təşkil edilib. Bu işə  yol patrul xidməti inspektorları tərəfindən vizual şəkildə həyata keçirilməklə yanaşı, muxtar respublika ərazisində qurulan 167 nəzarət müşahidə kameraları  vasitəsilə də nəzarət olunur.

Sonda tədbir iştirakçıları “Yol hərəkəti qaydalarını öyrənək və bu qaydalara əməl edək” adlı slayd nümayiş olunub.

Nuray Əsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: