Culfada ustad dərsləri keçirilib

200

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Bənəniyar kənd Uşaq Musiqi Məktəbində müəllim və şagirdlər üçün ustad dərs təşkil edilib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimləri Cəlil İsmayılov, Nərminə Qədimova, Məmməd Xəlilov və İlahə Əliyeva tar, fortepiano, kamança və skripka ixtisasları üzrə ustad dərsi keçiblər. Bu dərslərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətini yüksəltmək, müəllimlərin peşəkarlığını artırmaq və onlara metodik köməyi göstərməkdir. Eyni zamanda şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

Şəhla Mirzəyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: