Yerevanın mərkəzində etirazçılar yenidən mitinqə toplaşırlar

65

Ermənistan paytaxtı Yerevanda yüzlərlə nümayişçi bu yaxınlarda başlayacaq mitinqə toplaşmaq məqsədi ilə Respublika meydanına gəliblər.

Bu barədə NUHÇIXAN “Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Ermənistan Milli Məclisi (parlamenti) növbədənkənar iclasda ölkənin baş naziri seçkilərini keçiriləcək. Bu posta yeganə namizəd Ermənistanın müxalifət lideri Nikol Paşinyandır.

Aksiya iştirakçıları Respublika meydanında quraşdırılmış böyük ekranların qarşısına toplaşırlar. Ekranlarda parlamentin baş nazirin seçilməsi nəzərdə tutulan sessiyasının yayımlanması planlaşdırılır.

Yerevanın mərkəzində az sayda polis gözə dəyir. Ermənistan paytaxtının mərkəzindəki vəziyyət ümumilikdə sakitdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: