“Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalına start verilir

71

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalına start veriləcək.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Şahmat Mərkəzində keçiriləcək beynəlxalq yarış mayın 10-dək davam edəcək.

Yarışlar 3 qrup – A turniri (beynəlxalq əmsalı 2250-dən yuxarı olan şahmatçılar), B turniri (əmsalı 2249-dən aşağı olan şahmatçılar) və C turniri (12 yaşadək uşaqların yarışı) üzrə keçiriləcək.

Festival iştirakçılarının ilkin siyahısında Azərbaycan, Belarus, İsrail, Niderland, Almaniya, İspaniya, Yunanıstan, İran, Bolqarıstan və digər ölkələri təmsil edən 100-dən çox şahmatçı qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: