Yeniyetmələr arasında cüdo birinciliyi keçirilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində “17 noyabr-Milli Dirçəliş Günü” münasibətilə yeniyetmələr (U-18-2002-2004 və U-15-2005-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Azərbaycan Cüdo Federasiyası, Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 120 idmançı iştirak edib. Naxçıvan şəhər idmançıları ilə yanaşı Hərbi Lisey, Şərur və Culfa rayonlarının idmançıları da yarışa qatılıblar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplom və medalları ilə təltif olunublar.